• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Bu istiqamətində əlavə qatar reysləri təyin edilib

CƏMİYYƏT

05 Noyabr 2026 | 10:36 | Müəllif: Günəş Mərd

Bu istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə Bakıvaxtı.az-a ADY-dən bildirilib.

Məlumata əsasən, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək. Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026