• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır

DÜNYA

05 Noyabr 2026 | 11:11 | Müəllif: Əli Hüseynov

Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır

Ermənistan və Türkiyə birbaşa qarşılıqlı ticarətin rəsmiləşdirilməsinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

    O qeyd edib ki, əvvəllər gömrükdə satışlar texniki olaraq üçüncü ölkələr üçün rəsmiləşdirilirdi, fiziki olaraq isə Ermənistan və Türkiyə arasında mallar başqa yollarla — əsasən Gürcüstan vasitəsilə daşınmağa davam edir.

    “Sərhəd məsələsinə gəldikdə, əvvəllər dəfələrlə bildirdiyim kimi, proses o qədər yetişib ki, biz istənilən vaxt sərhədin açılmasına və diplomatik əlaqələrin qurulmasına keçə bilərik”, - Mirzoyan vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Noyabr 2026