• Bakı 13° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Kiprdə təhsil işçiləri müddətsiz tətil elan ediblər

DÜNYA

02 Noyabr 2026 | 15:23 | Müəllif: Əli Hüseynov

Kiprdə təhsil işçiləri müddətsiz tətil elan ediblər

Kiprdə təhsil sahəsinin əməkdaşları müddətsiz tətilə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Cyprus Mail" yazır.

Həmkarlar ittifaqları bildiriblər ki, noyabrın 5-də təhsil işçiləri Maliyyə Nazirliyindən Prezident sarayına etiraz yürüşü keçirərək hüquqlarının qorunmasını və öhdəliklərin dərhal yerinə yetirilməsini tələb edəcəklər.

Tətil qərarı Təhsil Nazirliyinin 2026-cı il aprelin 21-də parlamentin qəbul etdiyi qanunları yerinə yetirməməsi qənaətində olması səbəbindən qəbul edilib.

Digər məsələlərlə yanaşı, etirazçılar hökumətin müvafiq qərarların qəbul edilməsində yol verdiyi gecikmələrə görə proqram çərçivəsində ixtisar edilmiş işçilərin artıq beş aydır ki, gəlirsiz qalmasından, işsizlik müavinəti və əməkhaqqıdan məhrum olmasından narazıdırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR