• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sabah 24 dərəcə isti olacaq

CƏMİYYƏT

02 Noyabr 2026 | 12:51 | Müəllif: Əli Hüseynov

Sabah 24 dərəcə isti olacaq

Noyabrın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026