• Bakı 14° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Niderlandlı hakimi Azərbaycanla bağlayan SƏBƏB

İDMAN

02 Noyabr 2026 | 13:29 | Müəllif: Əli Hüseynov

Niderlandlı hakimi Azərbaycanla bağlayan SƏBƏB

UEFA Çempionlar Liqasının "Vikinq" - "Sabah" oyununu idarə edəcək niderlandlı hakim Sander van der Eyk daha əvvəl Azərbaycan millisinin matçında söz sahibi olub.

Bakıvaxtı.az-ın məlumatına görə, 35 yaşlı FIFA referisi yığmanın DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya uduzduğu matça təyinat alıb.

Ədalət təmsilçisi 2025-ci ilin sentyabrında gerçəkləşən görüşdə hazırda "Sabah"da çıxış edən Rəhman Daşdəmirov və Abbas Hüseynovu sarı vərəqə ilə cazalandırıb. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderlandlı hakim karyerası ərzində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələsinin qarşılaşmalarında ədaləti qoruyub.

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR