• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

SİYASƏT

03 Noyabr 2026 | 12:11 | Müəllif: Əli Hüseynov

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

Səbinə Əliyeva növbəti 7 il müddətinə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Bakıvaxtı.az  xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra keçirilən səsvermədə Səbinə Əliyeva səs çoxluğu ilə Ombudsman vəzifəsinə yenidən seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan sənəddə Ombudsman vəzifəsinə üç namizədin – Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın namizədliyi irəli sürülüb.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanuna əsasən, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.

Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclisin qərarı ilə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili seçilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026