• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Masallıda 15 yaşlı qızın qaçırıldığı iddia olunur

CƏMİYYƏT

03 Noyabr 2026 | 16:43 | Müəllif: Əli Hüseynov

Masallıda 15 yaşlı qızın qaçırıldığı iddia olunur

Masallı rayonundan olan 15 yaşlı Səma Mirverdiyeva Ramiz qızının qaçırıldığı iddia edilir.

Bakıvaxtı.az milli.az-a istinadla xəbər verir ki, qızın atası Ramiz Mirverdiyevin sözlərinə görə, hadisə sentyabrın 7-də baş verib. Onun iddiasına əsasən, qızı rəfiqəsinin yanına gedib və orada rəfiqəsinin qardaşı, 19 yaşlı Asəf İlham oğlu tərəfindən qaçırılıb. Qızın 8 Noyabr prospektinə aparıldığı təxmin edilir.

Ata qeyd edib ki, bir aydır qızından xəbər ala bilmir. O, həmçinin Faiqmə İlham qızının yanına getdikdən sonra Səma ilə əlaqənin kəsildiyini bildirib.

Hadisə ilə bağlı polisə məlumat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR