Hindistan paytaxtında hava keyfiyyəti indeksi təhlükəli səviyyəyə yüksəlib.
Bakıvaxtı.az "The Times of India"ya istinadən xəbər verir ki, bu barədə Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası məlumat yayıb.
Məlumata görə, Yeni Dehlinin bir neçə ərazisində hava keyfiyyəti indeksi (AQI) 400-ü keçib.
Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası Milli Paytaxt Bölgəsində cavab proqramının ikinci mərhələsini işə salıb. Plana nəqliyyat vasitələrinin girişinə məhdudiyyətlər, mexanikləşdirilmiş yol təmizliyinin artırılması və ən işlək qovşaqlarda toz basdırıcı maddələrin çilənməsi daxildir.
Qeyd olunub ki, hər payız Dehlidə temperaturun düşməsi, tüstü, toz, küləyin sürətinin azalması, nəqliyyat vasitələrinin işlənmiş qazları səbəbindən hava keyfiyyəti kəskin pisləşir.
Gülşən Şərif
















