ABŞ NATO müttəfiqlərini Ukrayna üçün silah alınması üçün daha çox vəsait ayırmağa çağırıb.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, Vaşinqton hələ də təsdiqlənmiş silah tədarükü üçün təxminən 2 milyard dollar ödəniş almayıb.
Məlumata görə, bunun səbəbi PURL proqramı üçün əlavə maliyyələşdirmənin tələb olunmasıdır.
Qeyd edək ki, PURL mexanizmi Prezident Donald Trampın Kiyevə birbaşa yardım ayırmaqdan imtina etməsindən sonra ABŞ və NATO tərəfindən 2025-ci ilin iyulunda tətbiq edilib. Proqram çərçivəsində NATO ölkələri ABŞ-dən silah alaraq Ukrayna ordusunun ehtiyaclarını ödəyir. Bu mexanizmlə əsasən Patriot raketləri də daxil olmaqla, hava hücumundan müdafiə sistemləri tədarük olunur.
Gülşən Şərif
















