• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada ağır qəza: iki azərbaycanlı həlak oldu

DÜNYA

03 Noyabr 2026 | 20:48 | Müəllif: Subhan Mahmudov

Rusiyada ağır qəza: iki azərbaycanlı həlak oldu

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Bakıvaxtı.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, "Ford Fokus" markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026