• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Türkiyə PA açıqladı: Heydər Əliyev Parkında...

CƏMİYYƏT

03 Noyabr 2026 | 20:17 | Müəllif: Subhan Mahmudov

Türkiyə PA açıqladı: Heydər Əliyev Parkında...

Bəzi sosial media hesablarında Şişlidəki (İstanbul) Heydər Əliyev Parkındakı büstün söküləcəyi və yerində mədəniyyət mərkəzinin salınacağı ilə bağlı iddialar əsassızdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin X səhifəsində paylaşım edilib.

Bildirilib ki, Şişli Bələdiyyəsi hazırda sözügedən ərazi ilə bağlı heç bir iş görmür, belə bir layihə gündəmdə də yoxdur:

“İctimaiyyəti çaşdırmaq və iki dost və qardaş ölkəmiz arasındakı münasibətləri hədəf almaq məqsədi daşıyan bu təxribatçı və dezinformasiya dolu iddialara etibar edilməməsini xahiş edirik”.


Türkiyə PA açıqladı: Heydər Əliyev Parkında...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR