• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib

SİYASƏT

03 Noyabr 2026 | 14:34 | Müəllif: Əli Hüseynov

Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində təşkil edilən tədbir çərçivəsində 20-yə yaxın şəhid övladı “Dreamland Baku’’ ərazisində yerləşən "Dream Trampoline" əyləncə mərkəzində vaxt keçiriblər.

    Onlar batutlarda tullanıb, müxtəlif oyun zonalarından yararlanıb, həmyaşıdları ilə birlikdə vaxt keçirərək xoş anlar yaşayıblar.

    Tədbir şəhid övladlarının sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyət imkanlarının genişlənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyıb.


    Şəhid övladları üçün əyləncəli proqram təşkil edilibŞəhid övladları üçün əyləncəli proqram təşkil edilibŞəhid övladları üçün əyləncəli proqram təşkil edilibŞəhid övladları üçün əyləncəli proqram təşkil edilibŞəhid övladları üçün əyləncəli proqram təşkil edilib
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026