• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Avropa Rusiya ilə müharibəyə başlamağa qərar verərsə...

DÜNYA

03 Noyabr 2026 | 15:22 | Müəllif: Əli Hüseynov

Avropa Rusiya ilə müharibəyə başlamağa qərar verərsə...

Rusiya Avropa ilə silahlı qarşıdurma planlaşdırmır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.

    “Prezident Vladimir Putin son vaxtlar dəfələrlə bəyan edib ki, biz Avropa ilə hər hansı müharibə istəmirik və belə bir müharibə planlaşdırmırıq”, – Lavrov vurğulayıb.

    Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Avropa ilə müharibənin baş verəcəyi təqdirdə onun fərqli xarakter daşıyacağını və çox qısa müddətdə başa çatacağını bildirib.

    “Əgər müharibə olacaqsa, bu, başqa cür və çox qısa olacaq”, – Lavrov qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026