• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanda hücum zamanı iki polis öldürülüb

DÜNYA

03 Noyabr 2026 | 14:51 | Müəllif: Əli Hüseynov

Pakistanda hücum zamanı iki polis öldürülüb

Pakistanın şimal-qərbində əhalini poliomielitə qarşı peyvənd edən tibb işçilərinin təhlükəsizliyini təmin etdikləri ərazidə baş verən hücum nəticəsində 2 polis ölüb, 1-i isə yaralanıb.

Bakıvaxtı.az "Associated Press"ə istinadən xəbər verir ki, hücum Əfqanıstanla həmsərhəd olan Xayber-Paxtunxva əyalətinin Mohmand rayonunda baş verib.

Polis əməkdaşı Ayaz Xanın sözlərinə görə, polislər peyvənd edən tibb işçilərini müşayiət etmək üçün qonşu kəndə gedərkən hərəkətdə olan motosikletdən onlara atəş açılıb.

Hücum edənlər hadisə yerindən qaçıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026