• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

SEPAH ABŞ-yə məxsus PUA-nı VURDU

DÜNYA

03 Noyabr 2026 | 18:45 | Müəllif: Subhan Mahmudov

SEPAH ABŞ-yə məxsus PUA-nı VURDU

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün ABŞ-yə məxsus MQ-9 “Reaper” tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazının şərq hissəsində vurulduğunu bəyan edib.

Bakıvaxtı.az “Bloomberg Sharq” saytına istinadla xəbər verir ki, SEPAH iddia edilən hadisənin görüntülərini də yayıb. Videoda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının bazar ertəsi axşam saatlarında hava hücumundan müdafiə raketi ilə birbaşa hədəfə alındığı əks olunur.

Məlumatda hadisənin baş verdiyi şərait və pilotsuz uçuş aparatının taleyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026