İspaniyanın mərkəzindəki Urda bələdiyyəsində sürət qatarlarının toqquşması nəticəsində 69 nəfər həlak olub.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı İspaniyanın İnteqrasiya olunmuş Məlumat Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, ölənlərin 54-ü İspaniya vətəndaşı, 15-i isə əcnəbi olub. Ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib.
Əcnəbilər arasında Amerika, Avstraliya, Yaponiya, Argentina, Kanada, Çexiya, Fransa, Meksika, Portuqaliya və Tunis vətəndaşları var.
Xarici vətəndaşların ölümü ilə bağlı müvafiq konsulluq idarələrinə məlumat verilib.
Qəza nəticəsində 29 nəfər yaralanıb. Yaralılar hazırda xəstəxanadadır.
Gülşən Şərif
















