• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki azərbaycanlı hakim Avropa Liqasına təyinat aldı

İDMAN

03 Noyabr 2026 | 14:03 | Müəllif: Əli Hüseynov

İki azərbaycanlı hakim Avropa Liqasına təyinat aldı

Azərbaycanın FIFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin  oyunlarına təyinat alıblar.

Bakıvaxtı.az xəbər verir ki, hər iki hakim IV tur çərçivəsində sabah keçiriləcək qarşılaşmaları öz briqadaları ilə idarə edəcək.

35 yaşlı Elçin Məsiyev Belçikada “Anderlext” – “Zaltsburq” (Avstriya) oyununa baş hakimlik edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək, dördüncü hakim Nicat İsmayıllı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

39 yaşlı Əliyar Ağayev İspaniyada “Selta” – “Yunion” (Belçika) görüşünü idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, dördüncü hakim isə Rauf Cabarov olacaq.

Oyun noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026