• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BDYPİ xəbərdarlıq edir: Avtonəqliyyat vasitələri...

CƏMİYYƏT

03 Noyabr 2026 | 13:39 | Müəllif: Əli Hüseynov

BDYPİ xəbərdarlıq edir: Avtonəqliyyat vasitələri...

Qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır. Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə halda mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.

“Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır”, - deyə xəbərdarlıqda vurğulanıb.

Qeyd olunub ki, ilk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6, yük avtomobillərində 1, avtobuslarda 2, motosiklet və mopedlərdə isə 0,8 millimetrdən dən az olmamalıdır. Bununla yanaşı, avtomobilin şüşə silgəcləri və şüşəyuyanları, eləcə də xarici işıq cihazları hər zaman işlək vəziyyətdə olmalıdır. Həmçinin mühərrikin soyuducu sistemi və şüşəyuyanı donmayan mayelərlə, eləcə də avtomobil zəncir və dartı kəndiri ilə təchiz olunmalıdır. Salonda istiliyin təmin edilməsi məqsədilə, müvafiq sistemə, xüsusilə filtirlərə vaxtında baxış keçirilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026