"Walt Disney" şirkəti illik xərcləri 20% azaltmaq üçün minlərlə iş yerini ixtisar etməyi planlaşdırır.
Bakıvaxtı.az "The Economist"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Coş D'Amaro açıqlama verib.
Onun sözlərinə görə, son illərdə Disney xərcləri milyardlarla dollar azaldıb və minlərlə vəzifəni ləğv edib, ixtisarlar şirkətin bütün bölmələrinə təsir göstərib:
"Şirkət qənaətin bir hissəsini texnologiyaya, televiziya kontentinin istehsalına və kruiz biznesinə yenidən yatırmaq niyyətindədir".
Gülşən Şərif
















