• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE

SİYASƏT

03 Noyabr 2026 | 16:17 | Müəllif: Zeynəb Rzayeva

Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Bakıvaxtı.az onun dosyesini təqdim edir:

Səbuhi Əhəd oğlu Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub.

2001–2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura təhsili alıb.

2014-cü ildə ABŞ-nin Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) lisenziyasına layiq görülüb.

Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb. 2007–2018-ci illərdə beynəlxalq audit şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2018–2021-ci illərdə özəl sektorda fəaliyyət göstərən holdinqlərdən birində rəhbər vəzifə tutub.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Bu gün isə o, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri olub.

Ailəlidir, iki övladı var.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026