• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyanın aparatının xərcləri 6,4 % azaldılacaq

DÜNYA

03 Noyabr 2026 | 11:38 | Müəllif: Əli Hüseynov

Paşinyanın aparatının xərcləri 6,4 % azaldılacaq

Ermənistanın Baş naziri aparatının xərcləri 2027-ci ildə 1,6 milyard dram (6,4 %) azalaraq 24,2 milyard dram (66,4 milyon dollar) təşkil edəcək.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu, ölkənin gələn il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulub.

Xüsusən, dövlət sektorunun modernləşdirilməsi proqramının maliyyələşdirilməsi 2,1 milyard dram (5,75 milyon dollar) azalacaq. Cari və protokol xərcləri 630 milyon dollar (1,73 milyon dollar) azalaraq 7,2 milyard dram (təxminən 20 milyon dollar) təşkil edəcək. Eyni zamanda, Ermənistanın beynəlxalq məhkəmələrdə maraqlarının müdafiəsi xərcləri əhəmiyyətli dərəcədə artacaq. Bu məqsədlə 4,75 milyard dram (13 milyon dollar) ayrılması planlaşdırılır ki, bu da 2026-cı illə müqayisədə 870 milyon dram (2,38 milyon dollar) çoxdur.

Bununla yanaşı, prezident və parlament aparatlarının maliyyələşdirilməsi artacaq. Dövlət başçısının aparatının xərcləri təxminən 11 % artaraq 1,79 milyard drama (4,9 milyon dollar), parlamentin xərcləri isə 8,5 % artaraq 7,59 milyard drama (20,8 milyon dollar) çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026