• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib

İDMAN

03 Noyabr 2026 | 11:35 | Müəllif: Əli Hüseynov

Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib

İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb.

Lakin komandanın baş məşqçisi Maykl Kerrik danimarkalı oyunçunun UEFA Çempionlar Liqasının əsas mərhələsində "Roma"ya qarşı keçiriləcək matçda iştirak etməyəcəyini bildirib.

Müdafiəçi ilə yanaşı, Fil Dişi Sahilindən olan 24 yaşlı hücumçu Amad Diallo da məşqlərə qayıdıb.

Qeyd edək ki, P.Dorqu 2025/2026 mövsümündə keçirdiyi 28 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026