• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb

DÜNYA

03 Noyabr 2026 | 12:31 | Müəllif: Əli Hüseynov

Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzər dənizi akvatoriyası vasitəsilə həyata keçirilən beynəlxalq narkotik satışı kanalını aşkar edərək fəaliyyətinin qarşısını alıb.

Bu barədə Bakıvaxtı.az Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, noyabrın 1-də Sərhəd xidməti qurumu Manqistau vilayəti üzrə departamenti ilə birlikdə katerlə təqibdən yayınmağa çalışan üç əcnəbini və sahildə olan iki Qazaxıstan vətəndaşı saxlanılıb.

Əməliyyat zamanı 109 kq narkotik vasitə, o cümlədən 22 kq tiryək, 27 kq həşiş və 60 kq marixuana, eləcə də kiçikhəcmli kater müsadirə edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026