• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Britaniya yeni hərbi gəmilərin tikintisini sürətləndirir 

DÜNYA

02 Noyabr 2026 | 13:18 | Müəllif: Gülşən Şərif

Britaniya yeni hərbi gəmilərin tikintisini sürətləndirir

Britaniya mövcud donanmasının texniki vəziyyəti ilə bağlı narahatlıqlar fonunda hərbi gəmi istehsalının tempini sürətləndirməyi planlaşdırır.

Bakıvaxtı.az "The Times" qəzetinə istinadən xəbər verir ki, məqsəd 5 ədəd "Tip 31" freqatının istehsalını artırmaqdır.

Qəzetin yazdığına görə, Britaniya öz məqsədinə çatmaq üçün müdafiə şirkəti "Babcock"un Şotlandiya bölməsi gəmiqayırma zavodunun işçi heyətini genişləndirə və ya işi iki növbədə təşkil edə bilər. 

Əgər sürətləndirilmiş qrafik olarsa, bu tip ilk freqat 2028-ci ildə hazır ola bilər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR