• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Husilər hava limanları və hərbi obyektləri hədəf aldılar

DÜNYA

02 Noyabr 2026 | 21:07 | Müəllif: Subhan Mahmudov

Husilər hava limanları və hərbi obyektləri hədəf aldılar

“Son 48 saat ərzində Səudiyyə Ərəbistanının Dammam və Cizan şəhərlərindəki hava limanlarına pilotsuz uçuş aparatları ilə hücum edilib”

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yəməndəki husi hərbi qanadının sözçüsü Yəhya Səriyə “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Dammam hava limanı iki mərhələdə iki PUA ilə hədəfə alınıb və hücum nəticəsində hava limanında uçuşların hərəkəti dayanıb.

Bundan başqa, Cizan hava limanındakı erkən xəbərdarlıq radarının PUA ilə vurulduğu, eyni hava limanında hərbi nəqliyyat təyyarəsinə də hücum edildiyi bildirilib.

Qeyd edək ki, bəyanatda Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Xamis Müşeyt və əl-Taif bazalarından qalxan “F-15” və “Typhoon” qırıcıları vasitəsilə son 24 saatda Saada, Təizz, Ləhc, Əl-Cəvf və Əl-Xudeydə vilayətlərindəki mülki obyektlərə 109 hava zərbəsi endirdiyi, nəticədə mülki şəxslər arasında həlak olan və yaralananların olduğu qeyd edilib.

Xatırladaq ki, Səriyyə gərginliyin artmasından bəri Səudiyyə koalisiyası tərəfindən Yəmən ərazisinə ümumilikdə 3 min 939 hava və raket zərbəsinin endirildiyini nəzərə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026