• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Həyəcan təbili: Qlobal istiləşmə 1,5 dərəcəni keçsə,...

DÜNYA

02 Noyabr 2026 | 15:54 | Müəllif: Gülşən Şərif

Həyəcan təbili: Qlobal istiləşmə 1,5 dərəcəni keçsə,...

Qlobal istiləşmənin qısa müddətə 1,5 dərəcəni keçməsi buzlaqlara və qütb buz təbəqələrinə daimi ziyan vuracaq.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, 80 alimin hazırladığı hesabatda yer alıb.

Hesabata görə, planet artıq 1,3 dərəcə istiləşib. Qrenlandiya və Antarktida 1990-cı illərdən 6 dəfə daha sürətli əriyir. İsveçrə son 5 ildə buzlaqlarının 20%-ni itirib.

Alimlər bildirir ki, mövcud vəziyyət davam edərsə, istiləşmə 2,8-3 dərəcəyə çatacaq və əbədi buzlaqların demək olar ki, hamısı əriyəcək. Bunun qarşısını almaq üçün tullantılar 2030-a qədər 18%, 2035-ə qədər isə 45% azaldılmalıdır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026