• Bakı 11° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Tbilisidə telekanaldakı yanğın söndürüldü - YENİLƏNİB

DÜNYA

04 Noyabr 2026 | 17:37 | Müəllif: Əli Hüseynov

Tbilisidə telekanaldakı yanğın söndürüldü - YENİLƏNİB

Tbilisidə “Delisi” biznes mərkəzində baş vermiş yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

    Yanğının aradan qaldırılmasına 150 yanğınsöndürən və xilasedici, eləcə də 25 texnika cəlb edilib.

    Hadisə nəticəsində zərərçəkən olmayıb.

    ***

    16:22

    Tbilisidə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb.

      Bakıvaxtı.az xəbər verir ki, Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafında qatı tüstü müşahidə olunur.

      Yanğın səbəbindən telekanalın yayımı müvəqqəti dayandırılıb.

      Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      17 Noyabr 2026