• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

KTMT Ermənistanı səsvermə hüququndan məhrum edə bilər

DÜNYA

04 Noyabr 2026 | 14:31 | Müəllif: Gülşən Şərif

KTMT Ermənistanı səsvermə hüququndan məhrum edə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı səsvermə hüququndan məhrum etməyi nəzərdən keçirə bilər.

Bakıvaxtı.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Taalətbek Masadıkov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfindən KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi ilə bağlı qətnamə layihəsi təqdim olunub:

"Bu, üzvlük haqları və iştirak etməməklə bağlıdır. Ermənistan son iki ildir iştirak etmir".

Qeyd edək ki, hazırda KTMT-nin 6 üzvü var. Bu üzvlərə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Daha əvvəl KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja Ermənistanın təşkilatdan çıxarılmasına çağırmışdı. O bildirmişdi ki, İrəvan təşkilatın işində iştirak etməsə də, tamhüquqlu üzv olaraq qalır və bütün qərarlar onunla razılaşdırılmalıdır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026