Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, bıçaqlanan şəxs Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.
Fakt araşdırılır.
***
09:29
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.
Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini - 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.
















