• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İcra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

HADİSƏ

31 Oktyabr 2026 | 14:46 | Müəllif: Subhan Mahmudov

İcra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.

Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.

Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.

Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.

Faktla bağlı ərazi üzrə Şəki Rayon Polis İdarəsində araşdırma başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026