• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Hər kəs Bakıda buna aşiq oldu - Venger

İDMAN

31 Oktyabr 2026 | 15:51 | Müəllif: Subhan Mahmudov

Hər kəs Bakıda buna aşiq oldu - Venger

Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib.

Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:

"Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir. Eyni zamanda hər bir matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi".

A.Venger yarışın texniki səviyyəsini də yüksək qiymətləndirib:

"Bu format 11-in 11-ə oyunlarda tələb olunan səbri aradan qaldırır, çünki topu qazanan kimi dərhal təhlükəli hücum yaratmaq mümkündür. Bütün bunlar azarkeşlərin diqqətini cəlb edir və oyundan zövq almalarını təmin edir"./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026