Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyad bölgəsində pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bakıvaxtı.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib.
Onun sözlərinə görə, daha əvvəl Şərq əyalətində və krallığın cənubunda 2 PUA vurulmuşdu.
















