• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şagirdləri aqressivləşdirən üç əsas amil - VİDEO

CƏMİYYƏT

01 Noyabr 2026 | 09:31 | Müəllif: Gülşən Şərif

Şagirdləri aqressivləşdirən üç əsas amil - VİDEO

Sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən danışıb.

Bakıvaxtı.az bildirir ki, sosioloq şagirdlərin davranışına  ailə, məktəb və sosial şəbəkələrdəki mühitin təsir göstərdiyini qeyd edib.

Sosioloq bildirib ki, ailədə valideynlər arasında, eləcə də valideynlə övlad arasındakı münasibətlərdə aqressiv davranışların olması uşaqların psixologiyasına mənfi təsir göstərir.

O qeyd edib ki, məktəb mühitində şagirdlərin bir-birini alçaltması, təhqiredici ifadələr işlətməsi, həmçinin müəllim və şagirdlər arasında yaranan problemlər də aqressiyaya səbəb olur.

Üzeyir Şəfiyev sosial şəbəkələrin də bu prosesə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə "TikTok" və digər platformalarda aqressiyanı təşviq edən paylaşımların yayılması şagirdlərin davranışlarına birbaşa təsir göstərir.

Sosioloqun fikrincə, aqressiya xüsusilə 11-16 yaşlı yeniyetmələrdə daha qabarıq müşahidə olunur. Bu dövrdə orqanizmdə baş verən fizioloji və psixoloji dəyişikliklər də davranışlara təsir edir. Buna görə də həmin yaş qrupuna aid şagirdlərlə tərbiyəvi işlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026