• Bakı 17° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Finlandiya bu göstəricidə Avropada ilk sırada yer aldı

DÜNYA

31 Oktyabr 2026 | 23:20 | Müəllif: Zeynəb Rzayeva

Finlandiya bu göstəricidə Avropada ilk sırada yer aldı

 

Finlandiyada işsizlik səviyyəsi Avropa Birliyi (AB) ölkələri arasında yenidən ən yüksək göstəriciyə çatıb. 2026-cı ilin sentyabr ayında bu göstərici 10,5 faiz təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Statistika İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, Finlandiyada işsizlik səviyyəsi yay aylarında üç ay ərzində 10,4 faiz olub. 2025-ci ilin sentyabrında isə bu göstərici 10 faiz təşkil edib.

İşsizlik səviyyəsinə görə İspaniya 10,3 faizlə ikinci, İsveç isə 8,7 faizlə üçüncü yerdə qərarlaşıb. Avropa Birliyi üzrə orta göstərici 6,2 faiz olub. Ən aşağı işsizlik səviyyəsi isə Çexiyada qeydə alınıb - 2,8 faiz.

Bildirilib ki, Avropa Birliyinin sanksiya siyasəti nəticəsində Rusiya ilə ticarət əlaqələrinin kəsilməsi Finlandiyanın logistika, ağac emalı sənayesi, otelçilik və turizm sektorlarına da mənfi təsir göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026