• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

ABŞ diplomatlarını bu ölkədən təxliyə etməyə başlayıb

DÜNYA

31 Oktyabr 2026 | 00:30 | Müəllif: Subhan Mahmudov

ABŞ diplomatlarını bu ölkədən təxliyə etməyə başlayıb

ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı vacib olmayan diplomatik heyətini və onların ailə üzvlərini ölkədən çıxarmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanına, o cümlədən mülki hava limanlarına və mühüm infrastruktura hücumlar həyata keçirirlər.

Dövlət Departamenti ABŞ vətəndaşlarını mümkün raket və dron hücumları, hava məkanının bağlanması, uçuşların ləğvi və nəqliyyatda yarana biləcək fasilələrlə bağlı xəbərdar edib. Vətəndaşlara krallıqdakı hava limanlarından istifadə edərkən son dərəcə ehtiyatlı olmaq tövsiyə olunub.

Həmçinin amerikalılara raket və dron hücumlarının, eləcə də onların düşdüyü ərazilərin foto və videolarını çəkməyin və yaymağın qadağan olduğu xatırladılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026