• Bakı 15° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Əzələləri qoruyan qidalar açıqlandı

CƏMİYYƏT

30 Oktyabr 2026 | 16:42 | Müəllif: Gülşən Şərif

Əzələləri qoruyan qidalar açıqlandı

Tam taxıllar əzələ itkisinin qarşısını alır.

Bakıvaxtı.az "Food&Function" jurnalına istinadən xəbər verir ki, tam taxıllar yaşla əlaqəli əzələ itkisinin qarşısını ala bilər.

Alimlər dənli bitkilərin və tam taxılların tərkib hissələrinin sarkopeniyaya - əzələ kütləsinin, gücünün və fiziki performansının yaşla əlaqəli azalmasına təsiri ilə bağlı elmi məlumatları təhlil ediblər.

Təhlilə görə, tam taxıl, kəpək və dənli bitkilərin tərkibindəki bitki zülalları, polifenollar və qida lifi əzələ zülalının sintezini stimullaşdırır, iltihabı və oksidləşdirici stressi azaldır. Beta-qlükan və davamlı nişasta isə bağırsaq mikrobiomuna müsbət təsir edərək əzələ toxumasının qorunmasına kömək edir.

Qeyd edək ki, əvvəllər alimlər kefir, qatıq və kəsmik pendirinin əzələlərin böyüməsi və bərpası üçün faydalı ola biləcəyini bildirmişdilər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026