• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Öcalanın saxlanıldığı yer dəyişdirilib

SİYASƏT

01 Noyabr 2026 | 18:34 | Müəllif: Əli Hüseynov

Öcalanın saxlanıldığı yer dəyişdirilib

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) üzvü Pervin Buldan özünü buraxdığını elan edən PKK-nın lideri Abdullah Öcalanın İmralı həbsxanasında köçürüldüyü yeni məkanla bağlı açıqlama verib.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Buldan Öcalanın köçürüldüyü yeni yerin həbsxana kompleksinin daxilində yerləşdiyini və ayrıca bir məkan olmadığını bildirib.

"Bu yer həbsxananın bir hissəsidir. Həbsxanadan kənarda yerləşmir, ora həbsxananın içindən keçilir. Düşünürəm ki, bunu sadəcə iş şəraitini bir qədər yaxşılaşdıran məkan kimi təsvir etmək daha məqsədəuyğundur. Biz də ora gedəndə görüşlərimizi həmin yerdə keçiririk. Əslində, uzun müddətdir ki, Öcalan ora gəlir, bizimlə görüşür, sonra isə əvvəlki yerinə qayıdırdı. Onun artıq orada daimi qalacağı barədə isə dünən axşam Mithat Sancar məlumat verdi", - deyə Buldan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026