• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Dinozavr skeleti 47,3 milyon dollara satıldı

DÜNYA

01 Noyabr 2026 | 13:30 | Müəllif: Gülşən Şərif

Dinozavr skeleti 47,3 milyon dollara satıldı

ABŞ-ın Nyu-York şəhərində nanotirannus dinozavrının “Jodi” ləqəbli skeleti hərracda 47,3 milyon dollara satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb. Bununla da “Jodi” hərracda indiyədək satılan ən bahalı ikinci dinozavr skeleti olub.

Skelet 2019-cu ildə Montana ştatındakı fermaların birində aşkarlanıb. Hündürlüyü 2,9 metr, uzunluğu isə təxminən 6 metr olan nümunənin sümüklərinin 70 faizə yaxını qorunub saxlanılıb. Onun qazıntı işləri “Dino Hunters” sənədli serialında da nümayiş etdirilib.

Hərrac zamanı altı iştirakçı 12 dəqiqədən çox müddətdə lot uğrunda mübarizə aparıb. Skeletin satış qiyməti ilkin təxmin edilən dəyərdən təxminən səkkiz dəfə yüksək olub.

Qeyd edək ki, iyul ayında “Qas” ləqəbli tirannozavr skeleti hərracda rekord qiymətə - 50,1 milyon dollara satılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026