• Bakı 14° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Gəncədə evdən meyit tapılıb

HADİSƏ

01 Noyabr 2026 | 14:46 | Müəllif: Gülşən Şərif

Gəncədə evdən meyit tapılıb

Gəncədə evdən 35 yaşlı kişi meyiti tapıldı.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsindən yerləşən yaşayış binalarının birində qeydə alınıb.

Şəhər sakini 1991-ci il təvəllüdlü K.Nurəhmədlinin meyiti qonşusu, həm də dostu olan şəxsin evində aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil.

İlkin məlumata görə K.Nurəhmədli dünən toyda olub, axşam sərxoş vəziyyətdə dostunun evinə gəlib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026