• Bakı 14° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bakıda yataqxanada təhlükəli vəziyyət - Video

HADİSƏ

01 Noyabr 2026 | 19:23 | Müəllif: Əli Hüseynov

Bakıda yataqxanada təhlükəli vəziyyət - Video

 

Bakının Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yataqxananın sakinləri çətin şəraitdə yaşadıqlarını bildirirlər.

Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, ötən əsrin 50-ci illərində inşa edilən binanın daxili hissəsi qəzalı vəziyyətdədir.

Elektrik naqilləri açıq vəziyyətdədir. Sanitar qovşağında yaranan problem səbəbindən çirkab sular mənzillərə axıb. Hazırda binanın zirzəmisinin də su ilə dolu olduğu bildirilir.

30 ildən artıqdır həmin binada yaşayan sakinlər nəmişlikdən, üfunət qoxusundan və kommunal problemlərdən əziyyət çəkdiklərini deyirlər.

"30 ildir bu binada yaşayıram. Həm işıq pulu verirəm, həm də zibil pulu. Buna baxmayaraq, yaşayış şəraitimdən razı deyiləm. Dünən hamamda az qala məni elektrik cərəyanı vuracaqdı. Çünki naqillər düzgün işləmir", - deyə sakinlərdən biri bildirib.

Onların sözlərinə görə, binanın yalnız fasad hissəsi təmir olunub, daxili hissəsində isə əsaslı təmir işləri aparılmayıb.

Sakinlər aidiyyəti qurumlardan binanın vəziyyətinin araşdırılmasını və mövcud problemlərin aradan qaldırılmasını istəyirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026