Tehranla münasibətlər bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki İran bizim qonşumuzdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Ənvər Qarqaş deyib.
"İran bizimlə eyni geostrateji məkanda yerləşir. Biz İranın uzunmüddətli böhranla üzləşməsini istəmirik. Lakin digər tərəfdən, qarşılıqlı etimad sarsılıb və bu, bizim günahımız ucbatından baş verməyib. Etimad İranın bizə hücumu nəticəsində sarsılıb. Etimadın bərpası İranla münasibətlərlə birbaşa əlaqəsi olmayan, tamamilə ayrıca bir məsələdir. Vasitəçilərin səyləri sayəsində İranla diplomatik münasibətlər davam etdirilir və tərəflər arasında artıq diplomatik təmaslar mövcuddur. Lakin etimadın bərpası üçün olduqca uzun müddət tələb olunacaq", - o bildirib.
















