• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə "Narko"dan ƏMƏLİYYAT - Saxlanılanlar var

DÜNYA

01 Noyabr 2026 | 18:45 | Müəllif: Əli Hüseynov

Türkiyədə "Narko"dan ƏMƏLİYYAT - Saxlanılanlar var

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən qanunsuz narkotik əməliyyatları zamanı 40 nəfər həbs edilib.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, oktyabrın 25-dən 31-dək polis əməkdaşları şəhərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

Bildirilib ki, araşdırma nəticəsində ümumilikdə 109 şübhəli saxlanılıb: "Şübhəlilərdən 40-ı barəsində həbs qərarı verilib. Digər şəxslərlə bağlı hüquqi prosedurlar davam edir".

Əməliyyatlar zamanı müxtəlif növ və miqdarda narkotik vasitələr, 1 ədəd tapança, 24 ov tüfəngi patronu, həmçinin 159 min 475 Türkiyə lirəsi (təxminən 5 442 manat) aşkarlanaraq götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026