• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

İDMAN

01 Noyabr 2026 | 20:27 | Müəllif: Əli Hüseynov

"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.

-55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.

Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçu ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR