• Bakı 14° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“Dünya” qəzetinin sahibi barəsində QƏRAR

DÜNYA

02 Noyabr 2026 | 00:45 | Müəllif: Əli Hüseynov

“Dünya” qəzetinin sahibi barəsində QƏRAR

Türkiyənin “Dünya” qəzetinin sahibi Umut Güner ev dustaqlığı və ölkədən çıxış qadağası şərtləri ilə məhkəmə nəzarətinə buraxılıb.

Bakıvaxtı.az  xəbər verir ki, Güner İstanbul Respublika Baş Prokurorluğunun kapital bazarlarında əməliyyatlarla bağlı apardığı fond araşdırması çərçivəsində saxlanılmışdı.

Araşdırma çərçivəsində barəsində məhkəmə nəzarəti tədbirləri seçilən Günerin həbsdə saxlanılması başa çatıb, lakin o, istintaq müddətində ev dustaqlığı və ölkədən çıxış qadağasına əməl etməlidir.


Qeyd edək ki, Umut Güner 2024-cü ilin yanvarında “Dünya” qəzetinin sahibi olub. O, nəşrin imtiyaz sahibliyini Didem Demirkentdən təhvil alıb. Güner daha əvvəl “Beşiktaş” klubunun rəhbərliyində müxtəlif vəzifələrdə çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026