• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Qətərin tankeri hücuma məruz qaldı

DÜNYA

01 Noyabr 2026 | 11:09 | Müəllif: Gülşən Şərif

Qətərin tankeri hücuma məruz qaldı

Qətərin "Nakilat" şirkətinin mayeləşdirilmiş təbii qaz daşıyan "Əl-Mayeda" tankeri Fars körfəzində hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qaz nəqli şirkətinin bəyanatında deyilir.

Məlumata görə, hadisə nəticəsində göyərtədəki heyət üzvlərindən heç biri xəsarət almayıb, ətraf mühitə ziyan dəyməyib.

Gəmi təhlükəsiz, işlək vəziyyətdədir, hücmun nəticələri qiymətləndirilir.

Qeyd olunur ki, "Nakilat" vəziyyəti yaxından izləməyə davam edir, təhlükəsizliyi təmin etmək üçün gəmi, ekipajı və bölgədəki müvafiq dəniz təhlükəsizliyi orqanları ilə birbaşa əlaqə saxlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026