• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi

CƏMİYYƏT

31 Oktyabr 2026 | 21:00 | Müəllif: Zeynəb Rzayeva

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi

Qaxda 7 nəfər qidadan zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.

TƏBİB-dən verilən məlumata görə, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər (qadın, kişi) ambulator müalicə üçün evə buraxılıb,

5 nəfər isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, onların göbələkdən zəhərləndiyi etimal olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026