• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğan: Qara dənizdə gərginliyin artmasına yol verməməliyik

DÜNYA

31 Oktyabr 2026 | 20:31 | Müəllif: Zeynəb Rzayeva

Ərdoğan: Qara dənizdə gərginliyin artmasına yol verməməliyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

    Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin Qara dənizə də yayıldığını qeyd edib.

    “Qara dənizdə mülki gəmilərə qarşı hücumların və gərginliyin artırılmasına yönələn cəhdlərin qarşısının alınması üçün səylərin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Bu məsələni Rusiya ilə də müzakirə edərək prosesdə irəliləyişə nail olmağı hədəfləyirik”, – Ərdoğan vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026