• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Şəkidə yol qəzası: 1 ölü, 3 yaralı var

HADİSƏ

01 Noyabr 2026 | 10:13 | Müəllif: Gülşən Şərif

Şəkidə yol qəzası: 1 ölü, 3 yaralı var

Şəkidə ölümlə nəticələnən yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında İnçə kəndində qeydə alınıb.

“Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Əlibala oğlu Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026