• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Abdullah Öcalan iqamətgaha köçürüldü - Foto

DÜNYA

02 Noyabr 2026 | 10:40 | Müəllif: Günəş Mərd

Abdullah Öcalan iqamətgaha köçürüldü - Foto

Türkiyənin DEM Partiyasının Şanlıurfa millət vəkili və İmralı heyətinin üzvü Mithat Sancar PKK lideri Abdullah Öcalanın İmralı adasında onun üçün hazırlanmış yeni iqamətgahına köçdüyünü açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sancar bu barədə “Medya Haber TV”yə müsahibəsində danışıb.

O, Türkiyədə “Terrorsuz Türkiyə” adlandırılan Sülh və Demokratik Cəmiyyət Prosesi çərçivəsində əldə olunan nəticələri dəyərləndirib. Sancar Öcalanın yeni iqamətgaha köçməyə razılıq verməsinin proses baxımından əhəmiyyətli olduğunu bildirib.

“Öcalanın ora köçməyi qəbul etməsi prosesin sürətləndirilməsini tələb edir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, PKK lideri üçün İmralı adasında yeni yaşayış binasının tikilməsi barədə məlumatlar avqust ayında MHP sədri Dövlət Baxçalının açıqlamasından sonra gündəmə gəlmişdi. Baxçalı həmin vaxt Öcalanın “status istədiyi üçün” hələlik yeni evə köçməyə razılıq vermədiyini bildirmişdi.

Mithat Sancar isə həmin dövrdə Öcalanın köçməsi ilə bağlı yayılan məlumatları təkzib etmişdi.


Abdullah Öcalan iqamətgaha köçürüldü - Foto
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026