Sabah Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi müzakirə olunacaq.
Bakıvaxtı.az məlumat verir ki, bu barədə məsələ Milli Məclisin sabahkı gündəliyinə daxil edilib.
Xatırladaq ki, vəzifəyə hazırkı ombudsman Səbinə Əliyeva, hüquqşünas alim Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
















